16 yaşlı qız dəm qazından boğularaq öldü

181

Saatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 1-də qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.