Mən baş nazir olanda gördüm ki, Qarabağ uduzulub!

157

2018-ci ildə mən hakimiyyətə gələndə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını şübhə altına almayan danışıqlar prosesini miras olaraq qəbul etdim.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan növbəti dəfə bütün səhvlərə, xüsusən Qarabağla bağlı əlverişsiz danışıqlar apardığına görə keçmiş hakimiyyəti ittiham edib.

“Müharibənin qarşısının alınması ilə bağlı hələ də bir söz demədiniz. Düşünün, 2018, 2019 və 2020-ci illərdə nə edərdiniz? Müharibənin olmaması üçün nə mümkün idi? Nə üçün etməmişdiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu Qarabağın “statusunu” tanımadan torpaqların qaytarılması idi. Bütün məsuliyyətimlə deyirəm: Keçmiş hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalması üçün nəzəri imkan belə saxlamamışdı”, – deyə Paşinyan müxalifət nümayəndələrinə müraciətində bildirib.

N.Paşinyan qapalı iclasla bağlı da çağırış edib:

“Qapalı iclas keçirək və mən bütün dediklərimi sübut edən sənədləri, danışıqların mətnini özümlə gətirməyə və sizə göstərməyə hazıram”.