Daha 11 korona xəstəsi ictimai yerlərdə aşkarlandı

176

Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.