Tərtərdə dəmir yolu stansiyasında oğurluq oldu

247

Tərtərdə dəmir yolu stansiyasında oğurluq olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C.Hacıyev və əvvəllər məhkum olunmuş X.Hacızadə saxlanılıblar.