Türkiyə səfiri Bakıda Rusiya-Ukayna müharibəsindən danışdı

173

Təəssüf ki, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı. Buna baxmayaraq, Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirməkdədir.

Sosialmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Ukrayna-Rusiya ətrafında baş verən gərginliyə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən, NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir:

“Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir”.