Sumqayıtda “Qarabağ Azərbaycandır!” devizi altında Rəsm və İnşa müsabiqələri keçiriləcək

269

Sosialmedia.az xəbər verir ki, “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022- ci il tarixindən “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.

Layihənin 1-ci ayı hazırlıq işləri başa çatdı. Sumqayıt şəhər orta məktəblərindən 5 məktəb: İsmət Qayıbov adına 1№-li ,33 №-li ,11 №-li,12 №-li və Cəlil Səfərov adına 10 №-li tam orta məktəbləri seçildi. Bu məktəblərin məzunları arasında Mustafalı Əlizamin Valeh oğlu ( 1№-li məktəb)Fərhadlı Fərhad,mayor Elşad Həsənov (12 №-li məktəb)Bağırlı Elvin Rəyasət oğlu(11№-li məktəb)Əhmədov Abdulla Hacı Əhməd,Cəfərov Cavid Fərhad,Nuriyev Saleh Səxavət oğlu (33 №-li məktəb) kapitan Anar Heydərov,baş leytenant Mikayıl Məmmədzadə,gizir Emil İsgəndərov,gizir Xudaverdi Abilov (10№ məktəb) şəhidlik zirvəsinə qalxıblar. Həmin məktəblərdə “Qarabağ Azərbaycandır!” devizi altında Rəsm və İnşa müsabiqələri keçiriləcək.