Abxaziyadakı qondarma seçkiləri tanımırıq – XİN

132

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Sosialmedia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – məlumatda bildirilib.