Həsənovun Pakistana səfəri: hərbi əməkdaşlıq güclənir

157

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr illərdir ki, yüksələn xətlə inkişaf edir. Qarşılıqlı şəkildə təşkil edilən səfərlər nəticəsində ölkələrimiz arasında olan müxtəlif, o cümlədən hərbi sahədə prioritet məsələlər müzakirə edilir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a müdafiə naziri Zakir Həsənovun Pakistana səfərini şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, nazirin hazırki səfərində hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində məsələlər, eyni zamanda ölkəmizdə yeni yaranan komando birliklərinin Pakistan və Türkiyə komandoları ilə birgə təlimlərinin keçirilməsinin müzakirə olunması gözlənilir:

“Bununla yanaşı, görülən işlərin nəticəsinin müzakirəsi və gələcəyə dair fəaliyyətlə bağlı yol xəritələrinin də müəyyən edilməsi gündəmdə olan vacib məsələlərdəndir. Ölkələrimiz arasında hərbi əməkdaşlıq bölgədə sülhün və təhlükəsizliyin təmini baxımından xüsusi önəm daşıyır”.