Sabiq başçının kassasiya şikayəti icraata götürüldü

120

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov kassasiya şikayəti icraata götürülüb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Elnur Vəliyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.