Ana Vətən Partiyasının Bəyanatı

241

Ana Vətən Partiyasının Bəyanatı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden 1915-ci il hadisələrilə bağlı tarixi həqiqətləri bir daha təhrif edərək, qondarma “erməni soyqırımı” anlayışını gündəliyə gətirmişdir.

Təkzibolunmaz tarixi faktlar birmənalı şəkildə sübut edir ki, 1915-ci il hadisələri zamanı silahlı erməni quldur dəstələri Osmanlı İmperiyasının parçalayıb, onun ərazilərinə sahib olmağa çalışan anti-türk dövlətlərinin hərtərəfli köməyilə Anadoluda görünməmiş vəhşiliklər törətmiş, çoxsaylı türk əhalisini soyqırma məruz qoymuşlar. Tarixi faktları saxtalaşdırıb, onu siyasiləşdirmək ABŞ kimi nüfuzlu dövlətin imicinə ciddi kölgə salır, nüfuzuna zərbə vurur.

Digər tərəfdən, hazırki zaman kəsiyində, bu cür əsası olmayan, qərəzli siyasi açıqlama Türkiyə ilə Ermənistan arasında münasibətlərin normalaşmasına xidmət edən danışıqlara əsaslı maneçiliklər yaradır.

Ana Vətən Pratiyası Co Baydenin saxta “erməni soyqırımı” ifadəsini təkrar önə çəkməsinə dərin təəssüfünü bildirir və bu açıqlamanı qətiyyətlə rədd edir.

25 Aprel 2022