Bakıda dönərxana və sex yandı

291

Bakının Nərimanov rayonunda yanğın olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilir ki, ümumi sahəsi 80 kv. m olan, bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.