Dönərdən zəhərlənənlərin son durumu açıqlandı

352

Şəmkirdə dönərdən zəhərləndiyi bildirilən şəxslərin son vəziyyəti açıqlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə iyunun 8-i saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

“Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində amblator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur”- məlumatda bildirilib.