“Rossiya 1” Şuşadan reportaj hazırladı

212

Rusiyanın “Rossiya 1” telekanalı işğaldan azad edilmiş Azərbaycan torpaqları ilə bağlı reportaj hazırlayıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

“30 ilə yaxındır ki, Qarabağın ərazisi tamamilə bərbad vəziyyətdədir. Azərbaycanlıların bu torpaqlara daxil olanda gördükləri ilk iş yol şəbəkəsini bərpa etmək, hava limanı tikmək olub. Və hazırda “Yeni Füzuli” yaşayış kompleksi tikməyi planlaşdırırlar”, – deyə süjetdə qeyd olunub.

Daha sonra jurnalist Şuşaya gedərək orada aparılan bərpa-quruculuq işlərindən danışıb.