Erməni bloger: Laçını talamayın, gözləyin!

221

Laçın şəhərinin bu ilin iyulunda və ya ilin sonuna qədər Azərbaycana veriləcəyindən narahat olan ermənilər orada olan evləri söküb Ermənistana aparırlar.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Sputnik Armenia”nın əməkdaşı, erməni bloger Nairi Oxikyan özünün Feysbuk səhifəsində yazıb.

Oxikyan Laçının talandığını bu şəkildə etiraf edib:

“Ermənistan hökumətinə və onun rəsmilərinə müraciət edirəm: Laçını talamağı dayandırın. Gözləyin, düşmənin (Azərbaycan nəzərdə tutulur – red.) Laçını, Zabuğu və Susu təslim almasına imkan verməyəcəyik. İyulun 1-də türklərin Laçına girəcəyini gözləməyin, girməyəcək. Biz onların qarşısını alacağıq”.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyannaməsinə uyğun olaraq, alternativ yol hazır olan kimi Laçın şəhəri və Laçın yolunun üzərində yerləşən bir neçə kənd də Azərbaycanın tam nəzarətinə keçəcək və oradan rus sülhməramlıları çıxarılacaq.