Fəzail Ağamalı:Xalqımız fədakar polis əməkdaşları ilə fəxr edir, qürur duyur

365

Bu gün, əmin-amanlığımızın və sabitliyimizin təmin olunmasında müstəsna rol oynayan polis əməkdaşlarının peşə bayramıdır. Milli dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmlənməsində əhəmiyyətli xidmətləri olan bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli xidmət yolunda uğurlar arzulayıram.

Möhtərəm Cənab Prezidentin həyata keçirtdiyi islahatlar içərisində xüsusi yer tutan Daxili İşlər orqanlarında həyata keçirilən yeniliklər, dəyişikliklər və islahatlar onun fəaliyyətinin zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasına ciddi töhfələr verməkdədi. Bu baxımdan Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun fəaliyyəti xüsusi olaraq yüksək qiymətləndirilməlidir.

Bütün dövrlərdə olduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü dönəmində də polisimiz öz rəşadətini göstərmiş, qəhrəmanlıq zirvəsinə ucalmışdır.

Azərbaycan Polisi xalqımızın asayişini və təhlükəsizliyini yüksək səviyyədə qorumaqla yanaşı, həm də çətin pandemiya dövründə də üzərinə düşən vəzifənin yerinə yetirilməsində böyük fədakarlıq nümayiş etdirmişdir.

Erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində bütün silahlı qüvvələrimizlə bərabər, Daxili İşlər Nazirliyinin daxili qoşunları və Xüsusi Təyinatlılarının igidliyi tariximizi qəhrəmanlıq səhifələri ilə zənginləşdirdi. Və bu qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, Daxili İşlər naziri cənab general polkovnik Vilayət Eyvazov “Zəfər” ordeni, nazirliyin çoxsaylı əsgər və zabitləri isə ən müxtəlif orden və medallarla təltif edildilər. Xalqımız fədakar polis əməkdaşları ilə fəxr edir, qürur duyur.

Bir daha peşə bayramınız mübarək!

Səmimiyyətlə,

Ana Vətən Partiyasının Sədri,Milli Məclisin Deputatı

FƏZAİL AĞAMALI