Sərhədlərin açılmasını istədik, tərsinə etdilər…

147

Biz dəfələrlə parlamentdə cəmiyyəti narahat edən məsələlərlə bağlı fikirlər səsləndiririk. Amma reallıq budur ki, ya fikirlərimiz diqqətdən kənar qalır, ya da bunun əksinə qərar verilir.

Sosialmedia.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O, buna misal olaraq ölkənin quru sərhədlərinin bağlanmsını göstərib:

“Ola bilsin ki, dövlətin öz arqumenti var, nələrsə bilir. Amma 10 minlərlə insanın hüququ pozulub. Söhbət istirahət, sağlamlıq və s. hüquqlardan gedir. İnsanlar əvvəlcədən bilet alıblar. Xüsusilə, kasıb kateqoriya. Yolların açılması ilə bağlı məsələ qaldırdıq, əksinə qərar verildi”.