Bayram günlərində rayonlara gediş haqqı artırılacaq?

178

Bayram günlərində biletin bahalaşması gözlənilmir və mümkün deyil.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a Qurban bayramı ilə bağlı gediş haqqının artırılması haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Samir Səfərov deyib.

O bildirib ki, vətəndaşların rayonlara rahat gedə bilməsi üçün avtobus sayı artırılacaq:

“9-12 iyul tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik”.