Azərbaycan Ordusunun əsgəri minaya düşərək həlak olub – RƏSMİ

163

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!