“Ziyalı Ocağı” İctimai Birliyi “Sənin səsin, mənim səsim xalqımızın səsidir!” adlı tədbir keçirdi

173

“Ziyalı Ocağı” İctimai Birliyi “Sənin səsin, mənim səsim xalqımızın səsidir!” adlı tədbir keçirdi
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi oktyabr ayının 11-də Sumqayıt şəhər 15 saylı orta məktəbdə “Sənin səsin, mənim səsim xalqımızın səsidir!” adlı tədbir keçirdi.

Tədbiri girş sözü ilə açan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva ilk öncə tədbir iştirakçılarını salamladı və onlara tədbirin mahiyyətindən bəhs etdi.

Çıxışını “Ermənistan- Qafqazın qaynar qazanı” mövzusunda quran İ.Əliyeva bildirdi ki, “işğalçı, imperialist təxəyyülə malik olan rus çarı I Pyotrun məlum fərmanından sonra -1735-ci ildən bu yana Zaqafqaziyada yaşayan yerli xalqların, xüsusilə azərbaycanlıların rahatlığı, sakitliyi pozuldu.

Azərbaycanın bütün bölgələrində- Bakıda, İrəvanda, Zəngəzurda, Vedibasarda, Naxçıvanda, Qarabağda və digər yaşayış məntəqələrində təşkilatlanmış erməni quldurları tərəfindən xüsusi qəddarlıqla qətliamlar, soyqırımlar həyata keçirildi- canını götürüb qaçanlara, gizlənənlərə, qocalara, qadınlara, uşaqlara, xəstələrə belə imkan verilmədi. Azərbaycanlılardan təmizlənmiş ərazilərə isə Türkiyədən, İrandan, Suriyadan ermənilər gətirilərək, yerləşdirildi. Özlərinə Zaqafqaziyada forpost yaratmaq üçün bu taktikaya əl atan rus çarları, bolşevik hökuməti satqın ermənilərin bu azğın fərasətindən yararlandılar. Bunun müqabilində də heç bir zaman özünün müstəqil dövləti olmayan Ermənistana Zaqafqaziyada dövlət qurmaq imkanı verildi və hiyləgər ermənilər əllərinə düşən fürsətdən qəddarcasına istifadə etdilər.

Rusiyaya arxalanan erməni quldurları mərhələli şəkildə, silsiləli olaraq azərbaycanlılara qarşı təcavüzlər həyata keçirdilər. Qədim və tarixi Azərbaycan şəhərlərində daş-daş üstündə qalmadı, əzəli yurd yerlərimiz yerlə-yeksan edildi, azərbaycanlılara məxsus bütün milli-dini tarixi abidələr, qəbrİstanlıqlar məhv edildi”.

Ekspert Rəsul Həşimov (Mirhəşimli) tədbirdə “İşğalçı Ermənistan terror dövlətidir” mövzusundakı çıxışında qeyd etdi ki, “ermənilərin Azərbayacana qarşı törətdiyi terror aktlarının miqyası ötən yüzilliyin əvvəllərindən etibarən daha da genişləndi. “1905-ci ildə ermənilər Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda azərbaycanlılara qarşı geniş miqyaslı terror aktları həyata keçirdilər. Müvəqqəti olaraq sakitlik nümayiş etdirən erməi quldurları özlərinin növbəti 1918-ci il mart qırğınlarına başladılar. 1918-ci il mart hadisələri 1905-ci il hadisələrini kölgə altına aldı. Bu mənfurlar heç dinclik dövründə- Sovetlər İttifaqı zamanında da dinc durmadılar. Müxtəlif adlar altında tarixi ərazilərində yaşayan azərbaycanlıları məcburi olaraq Azərbaycanın Aran bölgələrinə köçürdülər.

Erməni quldurlarının torpaqlarımızdakı azğınlıqları ötən əsrin 90-cı illərindən başlayaraq, 2020-ci ilin sentyabrına qədər davam etdi.

Qəsbkar qonşularımız olan mənfurlar beynəlxalq məhkəmələrdə, qanun qarşısında törətdikləri cinayət tərkibli əməllərinə gözə məsuliyyətə cəlb edilməlidirlər”.

Birinci Qarabağ Veteranı, keçmiş döyüşçü İslam Mahmudov öz çıxışını -“Torpaqlaşan, vətənləşən igidlərin timsalında güclü Azərbaycan” mövzusu üzərində qurdu.

“-Qəddar düşmənlərimiz olan mənfur sifətli erməni quldurları Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdikləri işğal panını əsrlərlə, illərlə hazırlamışdılar və əlverişli zamandan istfadə edərək, ötən əsrin 90-cı illərində reallaşdırdılar.

Dövlətimiz və xalqımız erməni azğınlığInın acı nəticələrini əsla unutmadı, 2020-ci ilin 27 sentyabrında hər biri müsəlləh əsgər olan igid ordumuzun və onun Ali Baş Komandanının şücaəti sayəsində erməni qaniçənləri və onların qatil tör-töküntüləri torpaqlarımızdan qovuldu. Biz bu parlaq və illərlə həsrətində olduğumuz qələbəyə görə torpaqlarımızın azad olunması yolunda canından, qanından keçən Şəhidlərimizə minnətdarıq, Onların əbədiyaşar ruhları qarşısında baş əyirik. Qazilərimizə Tanrıdan uzun ömür, can sağlığı diləyirik”.

Tədbir digər çıxışlarla davam etdirildi.

Məlumat üçün bildirək ki, “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə reallaşdırdığı “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihə iki aylıq bir müddəti əhatə edir.