Regionlarda qadın və qızların peşə təhsili ilə bağlı növbəti tədbir Astarada baş tutub

138

“Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində növbəti tədbir Astara rayonunda baş tutub.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 2 ay ərzində həyata keçirdiyi layihənin əsas istiqaməti məktəbdə təhsil alan qızların peşə təhsili və onun əhəmiyyəti barədə məlumatlandırılmasıdır.

Eyni zamanda qadın və qızların iqtisadi cəhətdən sərbəst olmaları, özləri üçün iş yeri qura bilmələri məqsədilə onların maarifləndirilməsi və özünüməşğulluğa cəlb olunması istiqamətində addımların atılmasından ibarətdir.

Bu məqsədlə Astara rayonunda “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, ekspert İradə Əlili tərəfindən seminar və iqtisadçı-ekspert Rəşad Həsənov tərəfindən isə təlim keçirilmişdir.

Tədbir iştirakçılarına maarifləndirmə materialları paylanılmışdır.