“Ailə Modelinin gənclər arasında təbliği” Şamaxı rayonunda təşkil edildi

237

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində növbəti maarifləndirici təlimləri Şamaxı rayonunda keçirilmişdir.

Təlimlərdə Şamaxı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin aparıcı məsləhətçisi Səbuhi Həsənov,

Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səbinə xanım iştirak ediblər.

Təlimlərdə Şamaxı Dövlət Regional Kolleci və Azərbaycan Dövlət Pedoqoji Universitetinin gəncləri iştirak edirdilər. Səbuhi Həsənov və Şahmar Hüseynov təlimlərin aktuallığı barəsində çıxış etdilər.

Birliyin sədri Samirə Mustafayeva çıxışlarında göstərdi ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır, Azərbaycan ailəsi hər şeydən əvvəl milli adət -ənənələrimizlə tərbiyə olunmalıdır. Sonra layihənin eksperti Nailə İsmayılova, təlimçi Əsgərova Mətanət müasir ailə modellərinin növləri və formaları haqqında, onları fərqləndirən xüsusiyyətlər haqqında, Ailə dəyərlərin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməli olmasının əhəmiyyəti, cəmiyyətimiz üçün layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gercəkləşdirə bilən fəal, güclü ailələrin formalaşdırılması, Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulması haqqında maraqlı maarifləndirici təlimkeçdilər.

Təlimlərin gedişində iştirakçıların sualları cavablandırıldı, müasir ailə modeli ilə bağlı bir sıra məsələlər müzakirə olundu.

Sonda isə çay süfrəsi arxasında müzakirələr davam etdirildi.