Mən pilotam layihəsi davam edir

258

Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin məktəb kateqoriyası üzrə qalib olmuşdur.

Mən Pilotam adlı layihənin əsas istiqaməti şagirdlərdə xxı əsr bacarıqları inkişaf etdirmək onların məntiqi və yaradıcı təfəkkürünü formalaşdırmaqdır.

Məntiq gördüyün, eşitdiyin, öyrəndiyin şeyin həmişə həmin cürə, eyni qaydada baş verə biləcəyi haqqında inamdır – düşüncə tərzidir, yəni stereotip düşüncədir – ehkamdır, köhnə təcrübənin prinsipidir.

Əslində, hər şey eyni formada ancaq bir dəfə olur – təkrarlar eyni olmur. Hər yeni zamanda və məkanda (mühitdə) şeyin yeni, dəyişilmiş vəziyyəti – forması olur.

Buradan o nəticə çıxır ki, yaddaşın köməy ilə məntiqi düşüncə fasiləsiz yaransa da, bu nisbidir – etibarlı deyil.
Məntiq üzrə təlimlər təlimçi Aysel Baxışova tərəfindən həyata keçirilir.

Layihənin ilk modulu hesab olunan Yapon mühəndisiliyi başa çatmışdır.

Artıq ikinci modula keçid olundu .

Dron texnologiyalarının öyrədilməsi istiqamətində start götürmüş təlim Azərbaycanı beynəlxalq robotexnika, proqramlaşdırma və mühəndislik olimpiadalarında müvəffəqiyyətlə təmsil edən SUMbuilders texnoloji komanda təsisçisi və mentoru, beynəlxalq layihələrdə jüri və ekspert Tural Süleymanov və SUMbuilders ‘3d dizayn & 3d printer texnologiyası komandası’ üzvü və Teknofest finalisti Amin Cavadov tərəfindən aparılır.

06.11.2022-ci il tarixində təşkil olunan təlimdə hava robotexnikası və dron texnologiyasının önəmi və tətbiq sahələri, Dron texnologiyasının əsas komponentləri və istehsal mərhələlərindən bəhs olundu.

SUMbuilders tərəfindən istehsal olunan ‘AeroSUM’ – kamikadze pilotsuz uçuş aparatının çalışma prinsipi detallı şəkildə izah olundu və sonra motor sisteminin qoşulması üzrə praktiki çalışmalar aparıldı.