Məscidində partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb- özəl

218

Sosialmedia.az xəbər verir ki, Pakistanın Pişəvər məscidində törədilən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 150 nəfər yaralanıb.
Yerli xəstəxananın sözçüsü Məhəmməd Asim yaralıların hələ də tibb müəssisəsinə aparıldığını və yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, Pakistanın Pişəvər şəhərindəki məsciddə namaz zamanı partlayış baş verib. Partlayışı namaz zamanı ön sırada dayanan kamikadze tərəfindən törədildiyi bildirilir.

müəllif : Səbinə Kərimova