Finlandiya Türkiyənin NATO-ya birgə müraciətini ayrıca sənədlərə bölmək təklifinə cavab verib- özəl

92
LKS 20200217 LKS 20200213 Finnish Foreign Minister Pekka Haavisto during press conference with his Polish counterpart in Helsinki, Finland on February 13, 2020. LEHTIKUVA / EMMI KORHONEN

Sosialmedia.az xəbər verir ki, Finlandiya İsveçlə birlikdə NATO-ya daxil olmaq planından əl çəkmir və iyul ayından gec olmayaraq Şimali Atlantika Alyansına qoşulmağa ümid edir. Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib. “Biz hələ də İsveçlə birlikdə NATO-ya daxil olmaq istəyirik”, – deyə Haavisto Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

Belə ki, Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük üçün birgə müraciətini ayrıca sənədlərə bölmək təklifinə cavab verib, çünki Ankara və Helsinki arasında qarşılıqlı fəaliyyətdə kardinal problemlər yoxdur.

Finlandiya prezidenti Sauli Niiniste bir müddət əvvəl Türkiyə tərəfinin və xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya qəbulu ilə bağlı bəyanat və şərhlərinin Helsinkinin alyans planlarına təsir etmədiyinə diqqət çəkib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalında deyib ki, Ankara Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi şoka salacaq bir qərar verə bilər. Siyasətçinin fikrincə, Türkiyə lazım gələrsə, İsveçin Quran yandırma hadisələri ilə bağlı etdiyi kimi, “eyni səhvləri təkrarlamasa, Finlandiya haqqında fərqli mesaj da verə bilər”.

müəllif : Səbinə Kərimova