Narkotik vasitələrin və psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə daha çox hansı ölkədən gəlməsi bəlli olub- Özəl

239

Narkotik vasitələrin və psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə daha çox hansı ölkədən gəlməsi bəlli olub.

Bu sözləri Sosialmedia.az -a “İnkişaf və Rifah Naminə” İctimai Birliyin
sədri Zəminə Səfərova deyib.

O, qeyd edir ki, dünyada norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil.

Əfsuslar olsun ki, Azərbaycanda da Narkomaniya ilə mübarizə ciddi aparılırsa da, qarşısını almaq da bir o qədər çətinləşibdir.Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə gənclər arasında hər il norkamaniyaya qarşı tədbirlər həyata keçrilməkdə davam edir.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.

Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyatları gücləndirsə də,Narkotik vasitələrin və psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilir.

İran və Azərbaycan arasında sərhəd-keçid məntəqələrinin yerləşdiyi rayonlarda daha çox narkotik maddələr aşkarlanır.

İran dövləti Azərbaycanın əldə etdiyi möhtəşəm qələbəmizi həzm edə bilmir. Tehran 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb, ərazilərini Ermənistana silah tədarükü üçün açmışdı.Onlar dövlətimizin mənafeyinə hər cəhdlə iqtisadi və siyasi sahələrdə ziyan vurmağa çalışırlar.

Bütün bu düşmənçiliyin kulminasiya nöqtəsi bu yaxınlarda İran ekstremistçilərinin Tehranda olan səfirliyimizə xain hücumu və orada olan Azərbaycan vətəndaşlarının ölümü və yaralanması ilə nəticələndi. Bununla da İran dövləti ölkəmizə özünün əsil üzünü göstərdi və bütün dünyada qazandığı Terrorist,ekstremis dövlət statusu olduğunu təsdiq etdi.
Tehranın bu yanaşmasını müstəqillik əldə etdiyimiz ilk gündən görürük. İran və Ermənistan rəhbərlərinin qarşılıqlı səfərləri, görüşüb qol-boyun olmaqlarını unutmamışıq və unutmayacağıq da!