Novruz bayramında 5 gün qeyri-iş günü olacaq-Özəl

232

Sosialmedia.az xəbər verir ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Qeyd edək ki, 4-5, 11-12, 18-19, 25-26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi, eləcə də 8 Mart Beynəlxalq Qadınlar günü də rəsmi iş günü hesab olunmadığı üçün qeyri-iş günləri hesab edilir.

Bununla da, mart ayında qeyri-iş günlərinin ümumi sayı 14 gün olacaq.