Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub- Özəl

99

Sosialmedia.az xəbər verir ki, martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Milli Məclisin sədr müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətləri əsasında əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb.