Qazax rayonunda “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası davam edir- Özəl

82

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 02.03.2023-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində Qazax rayonundan olan üc sentyabr Şəhidlərimizin – Baş leytenant Kazımov Yunis Qasım oğlu, Baş gizir Məmmədov Azər Mustafa oğlu və gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuş mini futbol turnirinin final mərhələsinin ikinci turu keçirilmişdir.

“Qəhramanlar Unudulmur” devizi altında keçirilən mini futbol turnirinin final mərhələsinin ikinci günündə Şəhər №1 və Qazaxbəyli komandaları güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində keçən görüşün nəticəsi aşağıda kı kimi olmuşdur:

1) Şəhər №1 – Qazaxbəyli 3-3 ( pen 4-1 )

Qazaxbəyli komandası qalib gələrək finala vəsiqə qazanmış və Məktəb-licey komandasının rəqibi olmuşdur.

03.03.2023-cü il tarixdə saat 10:00-da final oyunu keçiriləcəkdir.

#AzGF #GənclərFondu #gəncliyintəşəbbüsü #GTMİB