Bir həftə ərzində ciddi hadisələr baş verə bilər-ÖZƏL

209

Sosialmedia.az//Qarabağda bu gün baş verən silahlı gərginliklə bağlı dörd əsas məsələyə diqqət yönəldilməlidir:

– birincisi, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bundan sonra Qarabağda istənilən ərazidə peyda olub nəyisə yoxlamağı tələb edə bilərlər (bu, yeni söhbətdi və bu məsələ yaxın günlərdə intensivləşəcək).

– ikincisi, Qarabağda qanunsuz erməni silahlılarının olması faktı bir daha təsdiqləndi (erməni tərəfinin verdiyi məlumatlara görə, Azərbaycan əsgərlərini “yerli özünümüdafiə ordusu “zərərsizləşdirib”). Bu vəziyyət Azərbaycan Silahlı Qüvvələrini növbəti – təmizləyici məqsədli hərbi əməliyyatlara başlamağa “həvəsləndirəcək”.

– üçüncüsü, Qarabağda separatçı dövləti təmsil edən istənilən hərbçi, polis və s. fəaliyyətinin qanunsuzluğu mübahisələndirilir (yəqin yaxın vaxtlarda Azərbaycan hakimiyyəti separatçı qurumun “hüquq-mühafizə orqanlarının” fəaliyyətini də qanunsuz hesab edərək, ləğvini tələb edəcəklər, yəni qanunsuz silahlı qüvvələrin ləğvi, çıxarılması tələbi ilə yanaşı bu tələb də qoyulacaq).

– dördüncüsü, Bakı tərəfindən Ermənistandan Azərbaycan ərazilərinə giriş hissəsində Nəzarət Keçid Məntəqəsinin qurulması tələbi ortaya qoyulur. Yəni bu istiqamətdə yaxın vaxtlarda ciddi addımlar atıla bilər. Yəni, günü sabah Azərbaycan əsgərləri silah və cihazlarını götürüb sərhəd xəttində mövqe tuta bilərlər, oradan keçən bütün vasitələrə nəzarət edə bilərlər.

Bugünkü atışmalarda Azərbaycan Silahlı Qüvvələri müəyyən əraziləri nəzarətə götürüb. Amma bu, əhəmiyyətli irəliləyiş deyil. Yaxın günlərdə genişmiqyaslı anti-terror hücumu üçün zəminin əsası qoyulub. Uzaqbaşı bir həftə ərzində ciddi hadisələr baş verə bilər…

– Xəzər Hərbi Tədqiqatlar İnstitutu