Daimi atəşkəs deyə bir şey yoxdur-ÖZƏL

219

Sosialmedia.az// Bu gün sözsoxdu mərhələsidir.
Təxribat həmişə baş verirdi. Biraz açım. Laçın dəhlizində aksiya başlayana qədər erməni tərəfi “ordunun” ştat strukturuna uyğun silahlandırılması üçün məlum yoldan geninə, boluna istifadə edirdi. O ki, Laçın dəhlizində aksiya başladı, vəziyyət qəlizləşdi”.

???? “Düzdür, indi Azərbaycanda çoxları çıxıb deyir ki, ara yollarla bağlı danışmışdıq. Gözünüzün içinə qədər yalan danışırsınız. Aksiyaya qədər heç erməni tərəfi o ara yolu ciddiyə almırdı, gündəmə uyğun açıqlamalara hazırlaşan adamların ondan danışması absurd idi. Bu adamlar kimlərdir? Bu o şəxslərdir ki, müharibə bitəndə yazanda ki, filan filan yerləri də götürməli idik, tez gəlib adamı xain çıxarıdılar. “Qələbəmizə kölgə salırsınız” həmin məxluqların (ümid edirəm yazının sonuna qədər sinonum tapmayıb söyüşə keçmərəm) ən çox istifadə etdikləri sözlər idi”.

“Həmin gülməşəkərlər Ruben Xankəndinə gələndə deyirdilər ki, avaranın biridir, heç nə edə bilməz. Həmin şəngülümlər Ruben Rusiyaya gedəndə deyirdilər ki, cırıq-cındır paltarda qaçdı. Həmin debillər Ruben istefa verəndə dedilər ki, Araik onu qovdu. Rubeni Araik gətirmişdi Qarabağa, ay ipləmə? İndi “ara yollar haqqında birinci mən demişəm” yarışına giriblər”.

⚡️ “Təxribat hər gün baş verirdi. Sadəcə o təxribatın qarşısını almaq üçün zaman lazım idi. Azərbaycan tərəfi zamanı dəyərləndirdi”.

“Gərginlik arata bilər mi? Niyə artmasın ki? Hər üç tərəfə də sərf edir. Azərbaycan məntəqəsini qoymağa çalışacaq, separatçılar dünyanı ayağa qaldıracaq, Ermənistan da Avropa missiyasının əraziyə daxil olması yönündə iş aparacaq. Azərbaycanda bəziləri Rusiyanın səmimi olmasına inanırdı. Hətta Rubenin istefasından sonra ilk görüşü (baxın, ilk yox, Rubenden sonra ilk) qələbə kimi dəyərləndirənlər vardı. İndi ayrı havaya oynayırlar”.

“Qarabağda hər gün təxribat var, hər gün gərginlik pik həddi görə bilər. Daimi atəşkəs deyə bir şey yoxdur!”

– Səxavət Məmməd