Aykaz Baqmanyan barəsində cinayət işi açılıb- Özəl

107

Sosialmedia.az xəbər verir ki, Ermənistan ordusunun Baş Qərargahı və KTMT-nin birgə qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan barəsində cinayət işi açılıb.

İstintaq Baqmanyanın 2014-2020-ci illərdə vergi bəyannaməsində gəlirlərinin həqiqi məbləği barədə məlumat göstərmədiyini və qanunsuz varlanmaqda şübhəli bilindiyini açıqlayıb.

Qeyd edək ki, Aykaz Baqmanyan Azərbaycanın Göygöl rayonunda doğulub.