“ Vətənpərvər Maarifçi Gənclər “ yeni layihə icra edəcək- Özəl

90

Daha bir QHT, “ Vətənpərvər Maarifçi Gənclər “ yeni layihə icra edəcək. Layihə belə adlanır: “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Aysunay Həsənovadır.

Sosialmedia.az xəbər verir ki, layihə üç ay 01.03.2023-31.05.2023 tarixlərinə qədər icra olunacaq. Layihədən 200 nəfərdən çox şəxs faydalanacaq.

Layihənin məqsədi müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir.

Müharibə iştirakçılarının asudə vaxtını təşkil etmək üçün mühitlərini dəyişmək məqsədi ilə səyahət təşkil olunacaq: Masallıda tarixi və görməlib yerlərə gəzinti baş tutacaq.Səhər yeməyi-çay, kofe, günorta yeməyi və çay, kofe , şirniyyat stolu düzənlənəcək.

Bakı şəhərində beş məktəbdə görüşlər keçiriləcək, müharibə iştirakçıları ilə vətənpərvətlik söhbətləri aparılacaq. Tədbirlərin sonunda çay və şirniyyat süfrəsi veriləcək.

Beləliklə, layihə vasitəsi ilə dövlətin müharibə iştirakçılarının asudə vaxtının həllində apardığı addımların, qayğısının ictimai rəydə yüksəldilməsinə, məktəblilərlə görüşlərdə müharibə iştirakçılarının söhbətləri çox faydalı olacaq. Bunlar gənclərin vətənpərvərlik tərbiyəsinə böyük təkan verəcək.