İranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ələ keçdi-ÖZƏL

132

Sosialmedia.az xəbər verir ki, iranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ələ keçib.

Satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Elçin Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib.