Culfa rayonunda oğurluq hadisəsi baş verib-Özəl

257

Sosialmedia.az xəbər verir ki, Culfa RPŞ-nə Teyvaz kəndində mənzillərdən birindən oğurluq olması faktı ilə bağlı məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə oğurluğu törədən A. Mustafayev müəyyənləşdirilərək saxlanılıb.

Onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, instintaq hərəkətləri davam etdirilir.