Gürcüstan Amerikanın qalmaqallı aktına baxmağı dayandırdı-ÖZƏL

171

Sosialmedia.az xəbər verir ki, Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsinin geri götürülməsi ilə bağlı təşəbbüs qrupunun müraciətini təmin edib. Spiker Şalva Papuaşvili bildirib ki, deputatlar bir neçə dəqiqə ərzində heç bir şərh vermədən səs veriblər.
Cümə günü Gürcüstan parlamentinin plenar iclası keçirilib.

Xarici agentlər haqqında qanun layihəsi Amerikanın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) gürcü dilinə tərcüməsini nəzərdə tutur.
Martın 7 və 8-də Tbilisidə minlərlə etiraz aksiyası keçirilib. Qarşıdurmalarda bir neçə polis əməkdaşı və nümayişçi yaralanıb.