Qəhrəmanımızı tanıyaq-Özəl

141

Sosialmedia.az xəbər verir ki, Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 29 saylı internat Liseyində, 2011-2018 -ci illərdə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Nail Akbarov 2020-ci il iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Respublikasının əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərdə savaşıb.

Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatalada dəfn edilib.
Allah rəhmət eləsin.