Qarabağ bölgəsində gərginliyin artması ehtimalı yüksəkdir-ÖZƏL

179

Gərginliyin artması ehtimalı çox yüksəkdir
Sosialmedia.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda mətbuat konfransı keçirib. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını qeyd edən Paşinyan “Dağlıq Qarabağda mümkün eskalasiyadan danışdım və Rusiya sülhməramlılarının məsuliyyəti altında olan bölgə ilə bağlı problemlərin olduğunu dedim” deyib.

Paşinyan bildirib ki, “Azərbaycanın aqressiv ritorikası artır. 2020-ci il müharibəsinə qədər artıb, sonra da. İndi Ermənistan sərhədində və Dağlıq Qarabağda gərginliyin artması ehtimalı çox böyükdür. Biz görürük ki, Azərbaycan sülh müqaviləsi imzalamağa çalışır. ərazi tələblərini irəli sürmək təbiidir, bu, Ermənistan üçün qırmızı xəttdir” .

Digər tərəfdən, ötən həftə Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qanunsuz hərbi yük daşıyan ermənilərlə Azərbaycan əsgərləri arasında qarşıdurma baş verib. Hər iki tərəfdən ölənlərin olduğu bildirilir.