Azər Allahverənov miqrasiya mövzusunda mühazirə ilə çıxış edib-Özəl

110

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən “Miqrasiya məktəbi – 5” layihəsi çərçivəsində təşkil olunan təlimdə “Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda mühazirə ilə çıxış edib.

A.Allahverənov ötən əsrin 80-ci illərinin axırlarında başlayaraq Azərbaycan Respublikasında geniş vüsət alan miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə danışılıb.

Sosialmedia.az xəbər verir ki, həmin illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində geniş miqyas alan qaçqın və məcburi köçkün probleminin yaranması və bu səbəbdən ölkənin humanitar böhranla üz-üzə qalması bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayır yerinin yaxşılaşdırılması, sosial, tibbi, məşğulluq, təhsil və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində fəallaşmasına səbəb olmuşdur.

Qeyd edilib ki, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları son 30 il ərzində böyük bir inkişaf yolu keçmiş, zəngin təcrübə qazanmış və bu gün də miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin icra olunmasından fəal iştirak edirlər.

Xüsusilə vurğulanıb ki, bir sıra miqrasiya QHT-lərinin təmsil olunduğu Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura Azərbaycanda miqrasiya sahəsində tərəfdaşlığın bir çox müstəvilərdə geniş səpkidə qurulması, miqrasiya proseslərinin effektiv idarə olunması ilə bağlı çoxsaylı təşəbbüslərin icrası və bu sahədə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.