Ukrayna: Rusiya əsirliyində olan 5-i ağır yaralanan 12 ukraynalını evə gətirdik- Özəl

112

Sosialmedia.az xəbər verir ki, Ukrayna Ombudsmanı Dmitro Lubinets Rusiya əsirliyində olan 5-i ağır yaralanan ümumilikdə 12 ukraynalını vətənə gətirdiklərini açıqlayıb.

Lubinets sosial media hesabından verdiyi açıqlamada rusların əsir götürdükləri Ukrayna vətəndaşlarını geri qaytardığını bildirib.

“Bu gün biz əsirlikdə olan 12 ukraynalını vətənə gətirə bildik. Onlardan 5-i ağır yaralanıb”. Lubinets bildirib ki, bu, Ukraynanın ağır yaralı əsir əsgərlərini martın 24-də Rusiyaya birtərəfli qaydada təhvil verməsinə cavab olaraq edilib.

Ağır yaralananlardan 3-nün əsgər, 2-nin isə mülki şəxs olduğunu bildirən Lubinets, əlavə edib: “Cenevrə razılaşmalarına görə, mülki şəxslər heç bir şəkildə əsir götürülməməlidir, lakin bildiririk ki, ruslar vətəndaşlarımızı girov götürüb, təmin etməyiblər. onlara lazımi tibbi yardım göstərilib”.