Sudanın mədən nazirinin evinə raket düşüb- Özəl

101

Sosialmedia.az xəbər verir ki, Sudan əsgərləri ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurma zamanı Sudanın Mədən Naziri Məhəmməd Bəşirin iki ailə üzvü evinə atılan raketlər nəticəsində həlak olub.

Nazirlik mənbələrindən alınan məlumata görə, paytaxt Xartumun Bəhri rayonunda Sudanın Mədən naziri Məhəmməd Bəşirin evinə 2 raket düşüb.

Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb.

Bəşir sağ-salamat xilas oldu.

Paytaxtda baş verən qarşıdurmalar zamanı dünən Mədən Nazirliyinin binası da hədəfə alınıb.