“Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini uğurla başa çatıb-Özəl

123

Sosialmedia.az xəbər verir ki, “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini uğurla başa çatdırdı. Layihənin əsas məqsədi regionlarda erkən nigah hallarının azaldılmasına dəstək verməkdən ibarət idi. Layihə çərçivəsində Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarında 12 tədbir keçirildi. Tədbirlərdə erkən nigahın səbəbləri və fəsadları barədə əhali məlumatlandırıldı.

Tədbirlərdə həm 13-17 yaşlı uşaqların valideynləri, 15-17 yaşlı uşaqlar, həm də cəmiyyətdə tanınan ziyalılar iştirak etdi. Tədbirlərdə erkən nigahlar və onların fəsadları mövzusunda təqdimatlar olundu maariflədirmə işi aparıldı, mövzu ətrafında geniş müzakirələr oldu və təkliflər səsləndirildi.

Təlimlərdə layihə rəhbəri Ş.Dadaşzadə donor və icraçı təşkilat haqda məlumat verdikdən sonra erkən nigah hallarının regionda artmasını dilə gətirdi. O, bu problemin qarşısının alınması ilə bağlı son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verdi.

Tədbirlərdə ekspertlər erkən nigah ,onun fəsadları, uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında , erkən nigahın təhsilə təsiri və psixoloji təsiri haqda ətraflı məlumat verdilər.

Tədbirlərdə Ağdam rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Quliyeva, Ağdam 2 saylı məktəbin direktoru Tünzalə Vəliməmmədova, Ağcabədi rayonunda Sarcalı kənd orta məktəbin direktoru Sevinc Məmmədova , Bərdə rayon İcra Hakimiyyətinin İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov ,Tərtər rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər Rayon İH –nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon İH -ninYetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər rayonunda Ailə,Qadın və Uşaq Problemləri üzrə Qadın Komitəsinin Tərtər rayon Qadın Resurs Mərkəzinin əməkdaşları, RGM İB-nin sədri Ş.Dadaşova ,məktəb müəllimləri ,valideynlər və məktəb şagirdləri iştirak etmiş və öz fikirlərini bildirmişlər. Yekun olaraq iştirakçılar maarifləndirmənin genişləndirilməsini hər rayonda,hər kənddə maarifləndirmə aparmanın vacibliyini vurğulamışlar.

“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İB-nin mətbuat xidməti