QHT şəhid ailələri və qaziləri Masallıya apardı- Özəl

102

“ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər” layihəsi çərçivəsində qazilər Masallıda oldular.

Layihə rəhbəri Aysunay Həsənovanın Sosialmedia.az-a verdiyi xəbərə görə səhər tezdən xüsusi avtobusla 25 nəfərdən ibarət şəhid ailələri və qazilər qrupu Masallı rayonuna yola düşüb. Masallı səyahətində səhər yeməyi, çay süfrəsi verilib.

Daha sonra qrup Masallıya gələrək şəhid komplekslərini ziyarət ediblər. Şəlalə, İstisu istirahət məkanlarında olublar. Maraqlı gün keçirən şəhid ailələri bu səfərin təşkilinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, layihə rəhbəri Aysunay Həsənovaya minnətdarlıqlarını bildirdilər.

Şəhid Ailələri adından şıxış edən Maral Qocaman maraqlı bir günü onlara hədiyyə edən insanlara minnətdarlıq bildirib. Daha sonra layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova qeyd etdi ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi layihələrdə mütləq belə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Burada bir-birini tanımayan insanlar var. Amma onları bir-birinə bağlayan müharibədir.Orada dostlarını itirənlər bir neçə saat ərzində istirahətə gəlsələr də onların qəhrəmanlığından, danışaraq, xatırladılar.

Səfər zamanı günorta yeməyi maraqlı məkanda təşkil olunmuşdu. Layihə icraçıları hər addımı atmışdılar ki, həssas qruplar istirahət etsinlər. Psixoloqların dediyinə görə müharibə görmüş, stresslər yaşamış insasnlar mütləq təbiət qoynunda olmalıdılar.

Gözəl məkanları olan Masallıda səfər iştirakçıları gölün ətrafında dincəldilər. Digər tədbirlərdə də isti ortamda olduğu kimi şiriniyyat və çay süfrəsi ətrafında gedən söhbətlər maraqlı idi. Yenə bütün danışıqların əsasını qəhrəmanlarımız, Müzəffər Azərbaycan ordusu təşkil edirdi.

Beləliklə, dövlətin müharibə iştirakçılarının asudə vaxtının həllində apardığı işlərin, qayğısının ictimai rəydə yüksəldilməsinə, görüşlər də müharibə iştirakçılarına çox faydalı oldu.

Səfərdə foto-video çəkildi, iştirakçı siyashıları tərtib olundu .

Beləliklə, bir gözəl gün yaşayan həssas qruplar, xüsusi ilə “Azərsu” ASC-nın əməkdaşları Bakıya yeni duyğularla döndülər. O duyğularda vətənimiz Azərbaycanın hər zaman uca olması vardı!