Layihədə 200- ə yaxın qazi iştirak etdi- Özəl

166

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkiklatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsətəyi ilə Əliilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin “Döyüşkən Qəhrəmanlarımız” adlı layihəsi həyata keçirildi. Layihə dövrü 3 ay olmaqla 6 tədnirdən ibarət idi. (01.03.2023-31.05.2023).

“Döyüşkən Qəhrəmanlarımız” adlı layihənin və təşkilatın rəhbəri Paralimpiyaçı taekvondo üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası, 1- ci dan qara kəmər Aynur Məmmədovadır.

Layihənin mövzuları: Qazilərə psixoloji dəstək, qazilərin tanıtımı və gənclərlə görüşü, Qazilərin özünə məşğulluq proqramlarına cəlb olunması, qazilərin paralimpiya oyunlarına cəlb olunması və motivasiya, Qazilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bouling yarışının təşkili.
Layihə məkan olaraq, Sabunçu Gənclər evi, Dövlət məşğulluq Agentliyi, Fiziki məhdudiyyətli gənclərin peşə-reabiltasiya mərkəzi, Parkbulvar AVM mərkəzində keçirilmişdir.

Layihə ərzində 200 -ə yaxın iştrakçı və qonaq dəvət olunmuşdur. Qazilərdən aldığmız sorğulara əsassən layihə çox yüksək səviyyədə keçirilmişdir. Layihədə bouling üzrə keçirilən yarış, qazilərin gündəlik üzləşdiyi problemləri, müharibədə aldıqları zədələri, sıxıntıları unutduraraq xoş əhval ruhiyyə yaratmışdır.

Həmişə olduğu kimi Layihənin sonunda, bütün keçirilən tədbirlərin qısa video-çarx təqdimatı geniş şəkildə Sabunçu gənclər evində keçirildi. Təqdimatda millət vəkili Vüqar İsgəndərov, tanınmış idmançı güləş üzrə dünya avropa çempionu Hacı Əliyev, QHT- e rəhbərləri , qazilər, fiziki məhdudiyyətli gənclər, bir çox nümayəndələr iştrak etdilər.

Təqdimata baxıldıqdan sonra qonaqlara söz verilib onların fikir və rəyləri alındı. Hər kəs layihənin yüksək səviyədə keçirildiyini bildirirək, belə layihələrin davamlı olmasını arzuladılar.