Ruslar Kubada Lourdes Sovet casus mərkəzini yenidən açıblar- Özəl

330

Sosialmedia.az xəbər verir ki, Ruslar Kubada, 2001-ci ildə rəsmi olaraq bağlanan Havana ətraflarında yerləşən Lourdes Sovet casus mərkəzini yenidən açıblar. The Insider-in araşdırması onun əsas vəzifəsinin ABŞ-a casusluq etmək olduğunu iddia edir.

GRU-dan olan “dinləyicilər” və raket texnikası, informatika, dəqiq riyaziyyatla bağlı universitetlərin məzunları diplomat adı altında gizli şəkildə adaya köçürülür. Artıq adada elektron kəşfiyyat üzrə ixtisaslaşmış kəşfiyyatçılar var.

Onlar Amerika rabitə peyklərindən alınan məlumatları, telefon danışıqlarını, NASA-nın missiya idarəetmə mərkəzindən gələn mesajları və s.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Çinin Kubada kəşfiyyat bazası açması barədə məlumat yayıb. Məqsədlər eynidir: ABŞ-a casusluq etmək. Rəsmi Pekin bunu təkzib edir