Eşitmə məhdudiyyətli uşaq və gənclər piknikdə-Özəl

207

Sosialmedia.az xəbər verir ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosiyal Yardım İB valideyinlər və uşaqlara Azərsun İstirahət Kompleksinin dəstəyi ilə “Balıqlı Göl” də piknik təşkil etdi. Təşkilat sədri Cəmilə Çingizqızı ” Valideyinləri ilə uşaqları birgə istirahətə aparmaq, gözəl ideyadı.

Biz bu cür gəzintiləri artıq yeddi ildir ki, təşkil edirik. Bu toplumda hər biri eşitmə məhdudiyyətli uşaq, onların valideyni, gənc özünü çox gözəl hiss edir, fikirlərini bölüşür, bir ailəyə çevrilir. O üzdən bizim İctimai Birlik çox zaman “Mənim Dünyam ” kimi tanınır. Onların dünyasına qoşulmaq istəyənləri də yanımıza sevə sevə alırıq. Bu gəzintimiz bir az fərqli idi.

Bilirsiniz ki, eşitmə məhdudiyyətli uşaqların inkişafında loqopedik dərslərin olması mütləqdir. Bizim uşaqların nitqinin inkişafında illərin mütəxəssisi, öz işinin yüksək peşəkarı, praktik göstəriciləri göz önündə olan “Ümid Ağacı” Loqopedik mərkəzin loqopedi Gülnarə Ismayılova bizim İctimai Birliyin gəzintisinə qoşuldu. Öz mütəxəssis məsləhətləri ilə valideyinləri maarifləndirdi. Fikir mübadiləsi, maariflənmə, uşaqların, gənclərin inkişafında böyük rol oynayır. Valideyinlərin maariflənməsi isə uşaq inkişafında vacib olan ilk amildir.

Piknikdə uşaqlar öz məhdudiyyətlərini tam unudaraq özləri oldu. “MƏNİM DÜNYAM” ailəsi birlikdə samovar qaynatdılar, kabab bişirdilər, salatlar, soyuq qəlyınaltılar bişirib, böyük bir ailə olaraq bir masaya yığıldı. Bir sözlə, burda xoşbəxtlik hər kəsin üzündən gözündən yağırdı. Belə bir missiyanın daşıyıcısı olduğumuz üçün sevinirik. Bir də hər zaman bizə dəstək olanlara təşəkkür edirik. Bu dəfəki təşəkkürümüz” Balıqlı Göl “istirahət mərkəzi rəhbərliyinədir”

Yeganə şüarımız

isə#səssizliyinsəsiolaq