Əlillərin problemləri ilə bağlı görüş olub- Özəl

336

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi bir qrup təşkilat üzvülərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Sumqayıt şəhərində görüş təşkil edib.

Bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az məlumat verib. O qeyd edib ki, Əlilliyi olan şəxslər və onların valdeyinləri ilə söhbətlər aparılıb və problemləri ilə bağlı məsələlər müzakirə olunub: “Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlər aparılır. Onarın hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir”.

Qeyd edək ki, bu cür tədbirlərin təşkili ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edildiyini, onların hərtərəfli qayğı ilə əhatə olunduqlarını göstərir.