Ukrayna prezidenti Zelenski Türkiyəyə gəlir- Özəl

257

Sosialmedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün İstanbula gələcək.

Ukrayna prezidenti Zelenski bu gün Türkiyəyə işgüzar səfər edəcək.

Səfər çərçivəsində prezident Ərdoğan və Ukrayna prezidenti Zelenskinin təkbətək və nümayəndə heyətləri arasında görüşü olacaq.

Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.

Vahdettin Köşkündə baş tutan görüşdən sonra birgə mətbuat konfransı gözlənilir.