Ən güclü zəlzələ Çilidə 9.4-9.6 Mw gücündə baş verib-Özəl

234

Sosialmedia.az xəbər verir ki, 22 may 1960-cı ildə saat 19:11-də Çilidə maqnitudası 9.4 – 9.6 olan çox güclü zəlzələ baş verdi. Zəlzələ 10 dəqiqə davam etdi. Bu, indiyə qədər qeyd edilmiş ən güclü zəlzələ idi. Zəlzələ nəticəsində yaranan sunamilər Çili, Havay adaları, Yaponiya, Filippin, Yeni Zellandiya, Avstraliya və Aleut adalarına da təsir etmişdi.

1655 nəfərin ölümünə, 2 milyon insanın evsiz qalmasına səbəb olan bu zəlzələ ölkəyə indiki pulla təxminən 5 milyard dollar zərər vurmuşdu.