QHT sədri Ruhin Cəfərov Mərdəkan Müalicə Pansionatında olub- Özəl

184

Sosialmedia.az xəbər verir ki, Ruhin Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa müalicə müəssisəsi – Mərdəkan Müalicə Pansionatının direktoru Səidə Babazadə ilə görüşüb.

Görüşün əsas məqsədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Fiziki məhdudiyyətli şəxslər narkomaniyaya qarşı” adlı layihənin yekun tədbirinin Mərdəkan Müalicə Pansionatında keçirilməsidir. Mərdəkan Müalicə Pansionatının direktoru Səidə Babazadə mərkəzin imkanları ilə R. Cəfərovu tanış edib.

Qeyd edək ki, layihə üzrə tədbirin 22 avqust 2023-cü il tarixində həyata keçiriləcəyi nəzərdə tutulur.

#Fizikiməhdudiyyətli #Şəxslər #Narkomaniyayayoxdeyək #layihə