Qombe şimpanze müharibəsi haqqında-Özəl

314

Sosialmedia.az xəbər verir ki, Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-1978-ci illərdə Qombe şimpanze müharibəsi adlı toqquşmalar baş verib.

Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər.

Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. Hadisələr nəticəsində 11 şimpanze həlak olub.